Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78264
az

İngiltərədə yayılan yeni virusun - Əlamətləri

17:2808 Dekabr, 2022
209
TİBB
  • A

İngiltərədə sentyabr ayından yayılan “Strep A” virusu ilə bağlı həyəcan artmağa davam edir. Belə ki, ən son 5 yaşında bir qızın sözügedən infeksiyadan dünyasını dəyişməsi ilə bu xəstəlikdən ölən uşaqların sayı 9-a çatıb.

Oxu24.com  xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə hazırda iki övladı “Strep A” virusuna yoluxan bir ana xəstəliyin ilk əlamətləri barədə valideynlərə xəbərdarlıq edib.

Aimee Byron adlı qadın bildirib ki, onun 3 yaşlı oğlu və 17 aylıq körpəsi bu xəstəliyə yoluxub. O bildirib ki, xəstəliyin ilkin əlamətləri olaraq boğazda qıcıqlanma və ağızda ləkələr yaranıb, həmçinin badamcıqlar şişib.
 

Həkimlərin sözlərinə görə isə, “Strep A” boğaz ağrısı, badamcıqların iltihabı kimi infeksiyalara səbəb olan bakteriyadır. Xəstəliyin əlamətləri sırasında boğaz və əzələ ağrıları, yüksək temperatur, yorğunluq, dəridə yaraların peyda olması var. Mütəxəssislər bu əlamətlərin orta hesabla bir həftə davam etdiyini qeyd edib.

Bildirilir ki, bir çox insan bu bakteriyanı fərqində olmadan da daşıya bilər. Lakin bununla belə daşıyıcı olaraq digər insanları yoluxdura bilər.

Xəstəlik isə yaxın təmas, öskürək və asqırma nəticəsində digər insanlara keçə bilər.

Həkimlər bu xəstəlikdən qorunmaq üçün əllərin tez-tez yuyulmasını məsləhət görür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ