Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı terror təşkilatına qarşı aparılan əməliyyatlara reaksiya verən HDP Diyarbəkir millət vəkili Remziye Tosun baş örtüyünü yerə ataraq “Əməliyyatları dayandırın” deyib.
Oxu24.com xəbər verir ki, HDP Diyarbəkir Millət vəkili Remziye Tosun PKK lideri Öcalanın həbsxana şəraitini və TSK-nın sərhədyanı əməliyyatlarını tənqid edərək, onların dayandırılmasını tələb edib.
Terrorçuların hüquqlarını müdafiə etmək üçün çadranı çıxaran Tosun, “Pərdəni bura atıram, bütün müharibə qərarlarının verildiyi yerə, münaqişələr bitsin, təcrid sistemi qaldırılsın, Bu coğrafiyaya şərəfli sülh gələ bilər”,deyə millət vəkili bildirib.
Tərcümə:Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR