Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
Oxu24.com xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Nazirin digər əmri ilə FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR