Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78240
az

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 3 qız saxlanıldı - VİDEO - FOTO

13:1408 Dekabr, 2022
144
CƏMİYYƏT
  • A

Dekabr ayının 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən OXU24.COM -a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.

Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri maarifləndirmə və təbliğat işləri aparılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Qarabağla bağlı yeni təşkilat yaratdı -Plan nədir?
Xocalı və Xocavənddə yanğın: əraziyə helikopterlər cəlb edildi -VİDEO
Tramp-Harris debatının gizli iştirakçıları: Görün nə iş görüblər

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Hacıqabulda iki nəfər narkotiklə tutuldu