"Azərbaycan-Türkiyə hərbi təlimləri onu göstərir ki, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq yüksək səviyyədədir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
Onun sözləinə görə, son hadisələr bunu bir daha təsdiq edir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: "Belə bir həssas dönəmdə Türkiyə Silahlı Qüvvələri Azərbaqycan qoşunlarının yanında olmağa üstünlük verirlər. Biz görürük ki, Azərbaycanla Türkiyə arasında siyasi dialoq da çox yüksək səviyyədədir. Bu da ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi onu göstərir ki, tərəflər ən ali məqsədlərə, birgə uğurlara çatmaq niyyətindədir. Burada bir çox istiqamətlər göstərilib ki, bunlardan biri də hərbi sahədir. Digər tərəfdən son təlimlər Şuşa bəyannaməsinin əməkdaşlıq üçün vacib bir sənəd olduğunun bariz sübutudur".
Oxu24.com
ŞƏRHLƏR