Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu subaylıq arayışı anlayışı və onun alınması qaydası ilə bağlıdır. Bir sıra işlərdə tələb olunan sənədlər arasında subaylıq haqqında arayış da var.
Adından da göründüyü kimi subaylıq haqqında arayış vətəndaşın subay olduğunu təsdiq edən sənəddir.
Bəs vətəndaş subaylıq haqqında arayışı haradan əldə edə bilər?
Mövcud qaydalara əsasən subaylıq haqqında arayış vətəndaşın qeydiyyatda olduğu rayonun Qeydiyyat şöbəsindən ala bilər. Bunun üçün vətəndaş qeydiyyat üzrə VVADQ (ZAQS) şöbəsinə müraciət etməli və arayışı həmin şöbədən almalıdır. Bunun üçün ödəniş tələb olunmur.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR