Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78174
az

Kişinin bankda pulu varsa, qadın boşanma zamanı pay tələb edə bilərmi? - QANUN

11:5407 Dekabr, 2022
150
HÜQUQ
  • A

Günümüz üçün aktual olan hüquqi məsələlərdən biri də boşanma zamanı yaranan mübahisələrdəndir. Nikahdan əvvəl və ya nikah dövründə ər və arvadın əldə etdiyi əmlak boşanma zamanı necə bölünməlidir?

Oxu24.com məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, gənc vəkil Orxan Dadaşovun fikirlərini öyrənib.

Vəkil açıqlamasında bildirib ki, bu məsələ Ailə Məcəlləsinə əsasən tənzimlənir. Boşanma zamanı əmlak bölgüsü məsələsində bir neçə mübahisəli məqam yaranır və aşağıdakı kimi aparılır:

"Nikah dövründə ər və arvadın ümumi gəlirləri hesabına əldə edilən birgə mülkiyyət boşanma zamanı bölünür. Buraya evli olduqdan sonra əldə olunmuş əmlaklar daxildir. Daşınar və daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq birgə mülkiyyət sayılır".

O. Dadaşov bildirib ki, birgə nikah dövründə ərə və ya arvada yaxın qohumları tərəfindən mənzil bağışlanıbsa, bu da bölgü zamanı tərəflər arasında mübahisə yaradır:

"Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər və arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni boşanma zamanı bunlar bölünmür".

 

Vəkilin sözlərinə görə, boşanma zamanı ən önəmli məqamlardan bir isə nəğd pulun bölgüsü ilə bağlıdır:

Sual yarana bilər ki, məsələn kişinin bank hesabında pul varsa, boşanma zamanı qadın həmin puldan hər hansı pay tələb edə bilərmi? Birgə mülkiyyət dedikdə daşınar və daşınmaz əşyalardan əlavə həm də, nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak nəzərdə tutulur. Ona görə də boşanma zamanı bu əmlaklar da bölünür.

Amin Nəzərli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu