Əfsanəvi braziliyalı futbolçu Pelenin səhhəti getdikcə yaxşılaşır. SİA xəbər verir ki, bu barədə 82 yaşlı üçqat dünya çempionunun həkimləri məlumat veriblər.
“Pele getdikcə yaxşılaşmağa davam edir. Onun həyati funksiyaları sabit, huşu özündədir və adi palatada qalır”, - həkim komandasının açıqlamasında bildirilib.
Qeyd edək ki, Pele ötən həftə xəstəxanaya yerləşdirilib. Braziliyalıya COVID-19 ilə ağırlaşan tənəffüs yoluxucu infeksiyası diaqnozu qoyulub.
Futbolçunun qızı Flaviya bildirib ki, Pele hələ də bağırsaq xərçənginin remissiyasına nail olmayıb, lakin həkimlərlə müalicəni tənzimləyərək mübarizəni davam etdirir.
Oxu24.com
ŞƏRHLƏR