Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78138
az

Tıxacda qalan tankerlər 18 milyon barel neft daşıyır

11:3607 Dekabr, 2022
255
DÜNYA
  • A

AB ölkələri Rusiya neftinin qiymət tavanı barədə razılığa gəldiyi üçün göyərtəsində 18 milyon barel neft olan ən azı 20 tanker Bosfor və Dardanel boğazlarında tıxaclarda qalıb. SİA xarici KİV-ə isinadən xəbər verir ki, Qara dənizdə saxlanılan neftin böyük hissəsi Qazaxıstandan gəlir. Bu barədə “Bloomberg” məlumat yayıb.

Dünən “Financial Times” boğazlarda 19 tankerin toplaşması barədə məlumat verib. Məlumata görə, Türkiyə səlahiyyətliləri gəmilərdən sığorta təminatına zəmanət verən məktublar təqdim etməyi tələb edirlər. Aİ və Böyük Britaniyanın tətbiq etdiyi qiymət tavanı Rusiya neftini bir barel üçün 60 dollardan yuxarı qiymətə daşıyan gəmilərin sığortasından imtinanı nəzərdə tutur.

“Bloomberg”in məlumatına görə, boğazlarda qalan neftin böyük hissəsi Avropaya göndərilir, lakin Cənubi Koreya və Hindistana gedən tankerlər də var. Agentlikdən bildirilib ki, növbədə olan 20 gəmidən 19-u Qazaxıstandan neft daşıyır, bir tanker isə Hindistana nəzərdə tutulan təxminən 1 milyon barrel Rusiyanın Urals nefti ilə yüklənib. Qazaxıstan neftinin Qərb sanksiyalarına məruz qalmamasına baxmayaraq, türk sığortaçılar yükün məhz Rusiya limanından çıxmasına görə narahatdırlar.

Xatırladaq ki, Rusiya neftinin qiymətinin yuxarı həddi dekabrın 5-dən qüvvəyə minib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus rublu YENƏ ÇÖKDÜ: dollar və avro kəskin bahalaşır
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI

Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı