Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

XƏBƏR LENTİ

18 May 2024
Hindistanda
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Polşa ölkənin şərq sərhədlərini gücləndirməyi planlaşdırır
Ralli maşını izdihamlı tamaşaçıların üzərinə uçub
İsrail mətbuatı: ABŞ və İran nümayəndələri Omanda “gizli” görüş keçiriblər
Çin nəşri Putinin Londona ultimatumundan danışıb
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Zaxarova Yeni Kaledoniyadakı etirazlara münasibət bildirib
Küçədə qızı belə öldürdü (18+VİDEO)
Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
BÜTÜN XƏBƏRLƏR
78123
az

Hansı kosmetik vasitələrə sperma qatılır? - VİDEO

20:1106 Dekabr, 2022
252
OXU24 TV
  • A

Bütün qadınlar gözəl görünmək istəyir. Buna görə də kosmetik vasitələr dünyada ən çox istifadə edilən məhsullardandır. Amma qadınların əksəri bu məhsulların saxtasını əslindən ayırmaqda çətinlik çəkirlər. Bəzi qadınların isə saxta kosmetik vasitələrin insan orqanizmində yaratdığı fəsadlardan xəbərsizdirlər.

Əslində sadə insanları qınayası da deyil. Çünki saxta məhsullar orijinala o qədər oxşar hazırlanır ki, mütəxəssislər belə onları bir-birindən ayrımaqda çətinlik çəkirlər. “Düzgün seçim” layihəsi çərçivəsində bu dəfə kosmetik vasitələrin saxtası ilə əslini bir-birindən ayırmağa çalışacağıq.

Öncə xanımların kosmetik vasitələr alarkən nəyə diqqət etdiklərini öyrəndik. Onların sözlərinə görə məhsul alarkən onun haqqında internetdə yazılan rəylərə, qiymətinə üstünlük verirlər. 

Bəs bu məhsullar ölkəyə necə idxal olur? Necə saxtalaşdırılır? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kosmetik vasitələrin təxminən 40%-i ölkəyə gizli yollarla gətirilir: “İllər boyu biz bu bazarın tədqiqatını aparmışıq. Standartlara uyğun olmayan təsadüf yerlərdə hazırlanmış, lakin məşhur brendlərə bənzəyən qaçaq mal yolu  ilə gətirilən çox saylı kosmetik vasitələr var. Ən brend dükanda belə, saxta məhsula rast gəlmək olar. Heç də bahalı kosmetik vasitə onun natural olması demək deyil”. 

Eyyub Hüseynov onu da qeyd etdi ki, kosmetik vasitələrin də üzərində ərzaq mallarında olduğu kimi istehsal və son istifadə tarixi olmalıdır. Ümumilikdə isə orijinal kosmetik vasitənin istifadə müddəti 3 aydan artıq olmamalıdır. Artıqdırsa, deməli tərkibində həddindən artıq konservant var.

Bu cür məhsulların tərkibində xərçəng riskini artıran zərərli kimyəvi qatqılar mövcuddur. Məsələn, biomutagenlər adlı kimyəvi maddələrə uzun müddət məruz qalmaq sağlamlıq baxımından zərərlidir. Bir çox ətir və dırnaq boyalarında istifadə edilən fitalatlar hormon pozucu olduğu üçün bu məhsullardan tez-tez istifadə edən qadınlar hamilə qalma, doğuş problemləri ilə qarşılaşa bilərlər.

Paraben, fitalat, sulfat, triklosan, alüminium kimi kimyəvi maddələrlə dolu olan kosmetik məhsullardan mütəmadi istifadə nəticəsində müxtəlif xərçəng növləri, sonsuzluq, göz və dəri problemləri yaranır. 

Bundan başqa, bəzi firmalar təbii tərkibli, "100 faiz natural" etiketi ilə buraxdığı məhsulların tərkibinə donuz piyi və sperma əlavə edir. Bunlar daha çox 40 yaşdan sonra istifadə edilən yaşlanma əleyhinə kremlərin, dərini kollagenlə təmin edib dəri sallanmasının qarşısını alan məhsulların tərkibinə vurulur.
 
Qablaşdırmanın üzərində "Cetyl palmitate", "cetaceum", "spermaceti" yazılıbsa, bilin ki, söhbət spermadan gedir.
 
Əgər məhsulun üzərində "Jelatin", "lesitin", "sorbitan oleat", "myristic acid", "biotin" və "L¬cysteine" kimi maddələrin adını görürsünüzsə, deməli, tərkibində donuz yağı var.

Ancaq bu maddələr kosmetik vasitənin tərkibində cüzi miqdarda olur və sağlamlığa heç bir zərəri yoxdur.

Həkim-kosmetoloq Vəsilə Əhmədova deyir ki, kosmetoloji vasitələri alarkən saxta olub-olmadığını bilmək üçün qablaşdırmaya fikir verilməlidir. Brend məhsulun saxta versiyasını çıxaran istehsalçılar yazıların keyfiyyətində, ölçüsündə, rəngində və parlaqlığında, həmçinin şriftlərdə səhvlərə yol verirlər. 

Məhsulun qabında istifadə edilən kağızın qalın, keyfiyyətli və parlaq olduğundan əmin olmaq lazımdır. Üzərində Azərbaycan dilində istifadə qaydalarının olması da məhsulun orijinallığından xəbər verir.

Bunlardan başqa, əsl kosmetikadan xammalın iyi gəlməlidir, parfümeriya qoxusu olmamalıdır. Orijinal kosmetikanın teksturası eynidir, xoşagəlməz qoxusu və ya lax notları yoxdur. 

Məhsulu alarkən ştrix kodlara da diqqət etməliyik. Çünki hər ölkənin, istehsalçının özünəməxsus ştrix kodları var. İstehsalçı ilə ştrix kod üst-üstə düşmürsə, demək ki, həmin məhsul saxtadır.

Rənglərin palitrasını da kosmetika brendinin rəsmi saytından öyrənmək lazımdır. Saxta istehsalçılar əksər hallarda orijinal variantlarda olmayan rəngləri uydururlar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub