Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77973
az

Ukrayna Baş Qərargahı: İki bölgədə düşmənin hücumları dəf edilib

13:4703 Dekabr, 2022
120
  • A
Ukrayna hərbçiləri Luqansk və Donetsk vilayətlərində düşmənin hücumlarını uğurla dəf edib. Bu barədə Oxu24.com Ukrayna Baş Qərargahının gündəlik xülasəsinə istinadən xəbər verir. “Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Çervonopopovka və Donetsk vilayətinin Soledar, Poprosnoye, Nevelskoye, Krasnoqorovka və Maryinka yaşayış məntəqələri ərazilərində Rusiya hərbçilərinin hücumlarını dəf edib”, - məlumatda deyilir. Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib. Ötən sutka ərzində Rusiya qoşunlarına məxsus bir helikopter və 6 “Orlan-10” tipli PUA vurulub. Ukrayna mətbuatının məlumatına görə, dekabrın 3-nə keçən gecə Dnepropetrovsk vilayətinin Nikopol rayonu və Zaporojye vilayətinin yaşayış məntəqələri “Qradlar” və ağır artilleriyadan 9 dəfə hücuma məruz qalıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Belarusda keçirilən paraddan imtina edib
NATO ölkələri uzun illər Ukraynaya dəstəyin əleyhinədir
Yakutiyada hərbi hissələri tərk edən 26 əsgər saxlanılıb

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı