Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.
Bu dəfə təqdim etdiyimiz mövzu mirasla bağlıdır.
Sual: Mirasa daxil olmayan əmlaklar hansıdır?
Cavab: Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür.
Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir.
Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.
Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR