Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77960
az

Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

11:3403 Dekabr, 2022
314
REDAKTORUN SEÇİMİ
  • A
Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirilməsi hadisəsinin bəzi yeni təfərrüatı və hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub. “Report”un əldə etdiyi məlumata görə, F.Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub. Belə ki, həmin il F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Lakin 6 il həbs cəzasından sonra azadlığa buraxılıb. Ailələr arasında münasibətlər daha da pisləşib. Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub. Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub. Hazırda istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

7 nəfər öldü - Azərbaycanda faciə
İş və istirahət günlərinin yerləri dəyişdirildi
Dekabrın bu 4 günü ilə bağlı XƏBƏRDARLIQ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO