Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77942
az

ABŞ ən dəhşətli silahını ÜZƏ ÇIXARDI: Səsi eşidilir, amma özünü görmək mümkün deyil

09:4703 Dekabr, 2022
288
HƏRBİ
  • A

Pentaqon Çinlə gələcəkdə yaşana biləcək münaqişə ilə bağlı artan narahatlıqlara cavab olaraq yeni, strateji əhəmiyyətli qırıcı B-21 Raider-i təqdim etdi
ABŞ B-21 Raider gizli bombardmançı təyyarəni təqdim edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin Kaliforniya ştatındakı obyektində ən müasir qırıcı təyyarənin yalnız qrafik təsvirləri yayımlanıb. 

Raider B-2 Spiritə bənzərliyi ilə diqqət çəkib. Təyyarə ən son gizli texnologiyalardan istifadə edərək uzunmənzilli bombardman və nüvə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Qırıcını hazırlayan müdafiə şirkəti olan "Northrop Grumman"ın baş direktoru Keti Uorden Raiderin B-2-yə oxşadığını, lakin müqayisədə olduqca inkişaf etmiş bir təyyarə olduğunu qeyd edib:

"Hesablama qabiliyyəti baxımından texnologiya xeyli təkmilləşdirilib. Adını İkinci Dünya Müharibəsi illərindəki Doolittle Raiders basqınından (1942-red.) alan qırıcının ölçüsü B-2-dən bir qədər kiçik olacaq. Bu onun əhatə dairəsini artıracaq".

Hərbi analitiklərin fikrincə, digər dəyişikliklərə bombardmançının aşkarlanmasını çətinləşdirmək üçün örtüklərdə istifadə olunan təkmilləşdirilmiş materiallar, elektron rabitəyə nəzarət etmək üçün yeni üsullar daxildir. Beləliklə, B-21 Raider düşmən radarlarını təqlid edib özünü başqa obyekt kimi gizlədə bilər. Məlumata görə, B-21-in istehsalında qarşılaşacağı giriş və ərazi bloklama sistemlərinin öhdəsindən gəlmək üçün yeni texnika və materiallardan istifadə edilib.

"Təyyarə inanılmaz dərəcədə aşağı görünürlükdədir. Səsini eşidəcəksiniz, amma özünü, həqiqətən, görməyəcəksiniz" - Keti Uorden deyib.

Qeyd edək ki, Pentaqon Çinin 2035-ci ilə qədər 1500 nüvə silahına sahib olmaq yolunda olmasını, hipersəs, kibermüharibə, kosmik imkanlar və digər sahələrdə əldə etdiyi nailiyyətləri ABŞ-ın milli təhlükəsizliyinə, azad və açıq beynəlxalq sistemə qarşı təhdid kimi qəbul edir.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Debora Li Ceyms deyib: “Bizə 21-ci əsrdə yeni bombardmançı lazım idi ki, bu nə vaxtsa Çin və Rusiya ilə qarşıdurma təhlükəsi kimi mürəkkəb təhdidləri öz üzərimizə götürməyə imkan versin”.

B-21 Raiders-in ilk uçuşunu 2023-cü ildən sonra edəcəyi gözlənilir. Bununla belə, Uarden bildirib ki, "Northrop Grumman" şirkəti qabaqcıl hesablamalardan istifadə edərək qırıcının performansını sınaqdan keçirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi vəzifəlilərin təlim toplanışı keçirildi- Video
Türkiyə Suriyada əməliyyata hazırlaşır?
Azərbaycanda hərbi xidmətin müddəti azaldıla bilər?- RƏSMİ AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ