Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77915
az

DİQQƏT! Azərbaycanda bunu edənlər  CƏRİMƏLƏNƏCƏK

20:1302 Dekabr, 2022
119
REDAKTORUN SEÇİMİ
  • A

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəranda Torpaq və əmlak idarəçiliyi sahəsinə həsr olunan zona müşavirəsi keçirilib.

Tədbirdə Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Müşavirənin keçirilməsinin əsas məqsədi, torpaqların və dövlət əmlakının idarəedilməsi, istifadəyə verilməsi, onların mühafizəsi istiqamətlərində Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Xidmətin fəaliyyəti barədə rayonların icra hakimiyyəti, digər dövlət qurumları və bələdiyyələrə məlumatın verilməsi, mövcud vəziyyətin təhlili, birgə fəaliyyət istiqamətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsindən ibarət olub.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov bildirib ki, dövlətimizin sosial-iqtisadi inkişaf strategiyalarının əsas prioritet hədəflərinə nail olunmasında ölkənin mühüm təbii və iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi,  bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi məsələlərinə toxunulub.

2020 - 2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur. Aparılan monitorinqlər nəticəsində 2020-2022-ci illər ərzində cənub regionunda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olub. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 19-u günün ikinci yarısı...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub