Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77911
az

SON DƏQİQƏ! Putinin xaç atasının milyonluq sərvəti satılır:Pulu Ukraynaya veriləcək

18:4702 Dekabr, 2022
549
SON DƏQİQƏ
  • A

"Putinin xaç atası" Viktor Medvedçukun Royal Romance yaxtası Xorvatiyada hərracda satılacaq.

Bu barədə  yerli məhkəmə qərar verib.

Oxu24.com xəbər  verir  ki, “The Guardian” Ukraynanın antikorrupsiya agentliyinə istinadən yazır ki, satışdan əldə olunan pul Ukraynaya kömək üçün gedəcək.


Ukraynanın Korrupsiyadan və Digər Cinayətlərdən Əldə Edilmiş Aktivlərin Aşkarlanması, İzlənməsi və İdarə Edilməsi üzrə Milli Agentliyinin (ARMA) Xorvatiyadakı nümayəndələri bildiriblər ki, bu həftə onlar “deputatın ailə üzvlərinə və hüquq müdafiə təşkilatının rəhbərlərindən birinə məxsus həbs edilmiş yaxtaya baxış keçiriblər”. ARMA cinayət işi çərçivəsində yaxtada axtarış apardıqlarına aydınlıq gətirib. Agentlik əlavə edib ki, dəyərini qorumaq üçün yaxta hərraca çıxarılacaq.

Medvedçukun yaxtasının satışı sanksiyaya məruz qalan iş adamının əmlakının Ukraynanın xeyrinə satılacağı ilk hadisə olacaq.

Medvedçuk 2004-cü ildə Rusiya prezidentinin xaç atası olub. Müharibə başlamazdan əvvəl son illərdə Medvedçuk mütəmadi olaraq Rusiya prezidenti ilə görüşür, Rusiyayönlü Müxalifət Platforması partiyasına rəhbərlik edirdi. Dəyəri 200 milyon avro olan 92 metrlik “Royal Romance” yaxtası mart ayında Xorvatiyada həbs edilib. Noyabr ayında ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən axtarış aparılıb.

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı