Bir neçə gün öncə əməkdar artist Elza Seyidcahanla qalmaqal yaşadığına görə “Azərbaycanın səsi” yarışmasının münsiflər kürsüsünü tərk edən xalq artisti Nazpəri Dostəliyevadan xəbər var.
Oxu24.com-un məlumatına görə, ifaçı yenidən həmin müsabiqəyə qayıdıb.
“ATV maqazin onlarla”ya danışan müğənni bildirib ki, daha bu cür hərəkət etməyəcək: “Mən heç vaxt övladlarımızı burada başsız qoyub getmərəm. İlk dəfədir bu barədə danışıram. Hətta mən verilişidən yarımçıq gedəndə də ağzımı açmadım. Sənətinə, peşəsinə arxayın olmayan adamlar o qədər qorxaq olurlar ki, çox danışırlar, özlərini tərifləyirlər. Mənimsə buna ehtiyacım yoxdur.
Kim necə istəyirsə, elə də fikrində qalsın. Səmimi, birüzlü olmaq lazımdır. Söz verirəm, xalqımın sevgisinin qarşısında yanlış addım atmayacam. Verilişdən getməyimi tamaşaçım üçün yanlış addım hesab eləyirəm”.
Oxu24.com
ŞƏRHLƏR