Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77812
az

Evin tək oğlu ŞƏHİD oldu: Yaşasaydı,bu gün 22 yaşı olacaqdı

21:3701 Dekabr, 2022
252
ÖZƏL BÖLÜM
  • A

Bu gün şəhid Ağaquliyev Tofiq Rafiq oğlunun doğum günüdür. 

Oxu24.com xatırladır ki,Tofiq Ağaquliyev 2000-ci il dekabrın 1-də Cəlilabad şəhərində anadan olub.

Tofiq Ağaquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Tofiq Ağaquliyev Vətən Müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Tofiq Ağaquliyev oktyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.

Evin tək oğlu idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi" - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
SON DƏQİQƏ! Azərbaycanda yeni qərarlar qəbul edildi

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...