Oxu24.com oxuculara maarifləndirmə layihəsini davam etdirir.
Sual: Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?
Cavab: İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır. Eyni zamanda siz www.e-su.az saytına və yaxud www.azersu.az saytına daxil olaraq “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş-faktura əldə edə bilərsiniz.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR