Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77757
az

Şəhid Taleh Muxtarovun doğum günüdür

10:3701 Dekabr, 2022
90
CƏMİYYƏT
  • A

Bu gün Şəhid Taleh Muxtarovun doğum günüdür.
 

Oxu24.com xatırladır ki, Şəhid Muxtarov Taleh Həşim oğlu 01.12.1985-ci ildə Kəlbəcərdə anadan olub. Vətən müharibəsi başlayandan qardaşı ilə birgə döyüşə yollanan Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Kəlbəcərdə doğulmuşdu və hələ uşaqlıqdan düşməndən qisas almaq hissi ilə yaşayırdı.

Kəlbəcərdə doğulmuşdu Taleh Muxtarov, 8 yaşı olanda isə mənfur düşmənin hücumu nəticəsində doğma yurdunu ailəsi ilə birgə tərk etməyə məcbur qalmışdı.

Goranboyun Yeni Yol kəndində məskunlaşıb orda böyüyüb.

Hələ kiçik yaşlarından doğma yurdunu azad edəcəyini, Birinci Qarabağ müharibəsində itirdiyi əmisinin qisasını alacağını deyirdi. Vətən müharibəsi başlayanda isə qardaşı Tural ilə birgə könüllü döyüşə yollanıb. Anasına sonuncu dəfə zəng vuraraq Kəlbəcərə bayraq asacağına söz verib.

Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib.

Oktyabrın 18-də isə ən uca zirvəyə - şəhidliyə yüksəlib. Tural Muxtarov qardaşının şəhid xəbərini döyüşdə olduğu zaman alıb.

Şəhidlik zirvəsinə ucalan Taleh Muxtarov "Vətən uğrunda" medalı ilə təltif edilib. İndi onun Səbinə və Aydan adlı qızları bizə yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Taleh Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda it dişləyən azyaşlı qızın son VƏZİYYƏTİ
Vilayət Eyvazov sıra baxışı keçirdi - 25 müharibə iştirakçısı polisə qəbul olundu (VİDEO)
Bakıda 21 yaşlı qız itkin düşdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu