Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77690
az

İstifadə edilməyən məzuniyyətin pulu necə ödənilir? - HÜQUQİ YARDIM

16:1230 Noyabr, 2022
176
HÜQUQ
  • A

Bu dəfə təqdim etdiyimiz mövzu məzuniyyətlə bağlıdır.


SUAL: Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?


Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

 

Lakin əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı