Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77681
az

Bakıda və Sumqayıtda axtarışda olan şəxslər şübhəli şəxs qismində tutulub

13:1030 Noyabr, 2022
74
  • A

Bakıda və Sumqayıtda axtarışda olan şəxslər şübhəli şəxs qismində tutulub.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.

Araşdırmalarla onun paytaxtın Yasamal rayonu ərazisindəki mağazaların birində bir qadının çantasından 250 manat pulunu, sənədlərini və bank kartlarını oğurlaması da müəyyən olunub.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Qabil Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun 3 avtomobildən pul, qızıl boyunbağı, bank kartları və sənədlər oğurlaması da müəyyən olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu