Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77673
az

NATO polkovniki: “Azərbaycan Silahlı Qüvvələri böyük tərəqqiyə nail olub”

11:1130 Noyabr, 2022
252
HƏRBİ
  • A

“Azərbaycan Silahlı Qüvvələri (SQ) böyük tərəqqiyə nail olub”.

Oxu24.com  xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Bakıda keçirilən “NATO günləri”ndə deyib.

"Nail olduğu böyük tərəqqiyə görə Azərbaycan Silahlı Qüvvələrini təbrik etmək istəyirəm. Silahlı Qüvvələrin müxtəlif komponentləri Əməliyyat Potensialı Konsepsiyası sayəsində uğurla tam döyüş qabiliyyəti səviyyəsinə çatıb. Bu, böyük nailiyyətdir", - polkovnik bildirib.

Onun sözlərinə görə, “NATO günləri” nəinki qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmağa, həm də Azərbaycan Silahlı Qüvvələrində xidmət edən kişilərin, qadınların göstərdiyi peşəkarlıq və fədakarlıqla əyani tanış olmağa imkan verib.

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olub və olmaqda davam edir. Bu ölkənin NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfə həmişə əhəmiyyətli olub", - o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində noyabrın 20-dən 25-dək Bakıda “NATO günləri” keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü