Ukraynanın müharibədən sonrakı bərpası üçün 1 trilyon dollardan çox vəsait lazımdır.
Oxu24.com xəbər verir ki,bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında bildirib.
Zelenski əlavə edib ki, himayə sistemi sayəsində ölkələr və şirkətlər konkret bölgələri, şəhərləri, əraziləri və ya müəssisələri bərpa etməyə başlaya bilərlər. Fransa, Böyük Britaniya, Niderland, Almaniya, Danimarka, Finlandiya, Polşa, Portuqaliya, İtaliya, Türkiyə, Çexiya, Sloveniya, Latviya, Estoniya, İsveçrə, Slovakiya, Avstriya, Yunanıstan, Kanada, ABŞ, Yaponiya və Avstraliya belə bir sistemə maraq göstərib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR