Sosial şəbəkələrdə İsmayıllı rayonunun “Tingçilik” adlanan ərazisində at və uzunqulaq cəsədlərinin qalıqlarının olması ilə bağlı görüntülər yayılıb.
İddia olunur ki, həmin heyvanların ətləri rayonda mal əti adı ilə insanlara satılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb:
“Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.
O qeyd edib ki, hazırda rayonda yararsız ət satılması ilə bağlı iddialar isə keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb.
Oxu24.com
ŞƏRHLƏR