Böyrəyində problem olanlar rasionlarından bəzi qidaları çıxarmalıdır. Çünki o qidalar böyrəyin işinə mənfi təsir edir. Bəzi hallarda onu sıradan belə çıxara bilir. Bəs böyrəklərimizə zərər vuran qidalar hansılardır? Bu videonu elə indi yaxınlarınıza göndərin. Bəlkə də onların həyatını elə siz xilas etdiniz.
Böyrəklərimizə zərər vuran qidalar siyahısına fasiləsiz yeyilən kalium və fosforla zəngin qidalar daxildir. Çünki bu 2 element böyrəkdə daş əmələ gəlməsinə səbəb olur, qanı zəhərləyir. Həmçinin, sidik yollarının divarlarını zədələyirlər ki, sonra həmin zədələnmiş nahiyələrdə iltihablanma yaranır.
Əgər böyrəkləriniz hazırda normal işləyirsə, təqdim etdiyimiz qidalardan tamamilə imtina etməyin. Çalışın ki miqdarını azaldasınız. Yox böyrəkləriniz problemlidirsə, indi təqdim edəcəyim qidalardan uzaq durun.
1 ....Yağlı qidalar. Yağlı qidalar böyrəyə yüksək miqdarda oksalat turşusu ötürür. Bu da orqanın iş rejimini pozur, hüceyrələrin aktivliyini azaldır. Donuz salası, yarıbişmiş yağlı donuz və ya dana əti, yağlı ördək ətini misal çəkmək olar. Heyvan mənşəli yağlar faydalı maddələrin bağırsaqlar tərəfindən sorulmasına mane olur. Xüsusilə, B6, A, D vitaminləri və maqnezium bu yağların içində “gizlədilir” və onlarla birgə orqanizmdən xaric olur. Bu faydalı maddələrin yoxluğu isə böyrəkləri və sidik yollarını, sidik kisəsini infeksiyalara qarşı müdafiəsiz edir. Yağla zəngin yarımfabrikatları da rasiondan çıxarmaq mütləqdir. Məsələn; hazır şəkildə satılan ciyər konservləri, yağlı kolbasalar və s.
2...“Cavan” ət. Yerli mətbəx həmişə gözəldir. Xüsusən, quzu ətindən və çəpiş ətindən duzlu kabab. Amma... Bu ətləri yaxşı bişirmədiyimizin özümüz də fərqindəyik. Böyrək problemi olanlar, yaxşı olar ki, kabab əvəzinə həll bişmiş ət yesinlər. Çünki alaçiy və duzlu, ədvalı kabablar orqanizmdə sidik turşusunun artmasına səbəb olur. Sidik turşusunun çoxluğu isə toxumalarda və hüceyrələrdə belə, müxtəlif problemlərin yaranma səbəbidir. Bir də bu var ki, cavan heyvanların ətində purin miqdarı yüksəkdir. Xüsusilə, sidiyə getməkdə çətinliklər varsa, sidik çox yandırırsa cavan heyvan ətindən uzaq durun.
3...Dəniz məhsulları. Rusiyalı alimlər müəyyən ediblər ki, orqanizmdə D vitamini çoxluğu kalsiumun bağırsaq divarlarına yapışmasına, sidiklə bədəndən xaric olmamasına səbəb olur. Böyrəyində daş olan insanların orqanizmində həmişə kalsium artıqlığı müşahidə edilir. Ona görə də, böyrəyində duz, yaxud daş olanlar D vitamini ilə zəngin qidaları yeməsələr, yaxşı olar.
4. Qazlı içkilər. İlk baxışdan göründüyü kimi, qazlı içkilər heç də məsum deyil. Böyrək problemi olanlar üçünsə onlar əsl düşməndir. 1) qazlı içkilər şəkərlə zəngindir: II tip diabet riskini artırır. Bu xəstəlik də böyrəkləri sıradan çıxarır. 2) bu içkilərə yüksək miqdarda fosfor əlavə edirlər. O da öz növbəsində, qandakı zülala pis təsir edir və uzun müddət sərbəst halda qalır. Sidik yolları ilə bağlı problemi olanlar qəti şəkildə qazlı içkilərdən imtina etməlidir ki, xəstəlik irəliləməsin.
5. Avokado. Hələ də, tam olaraq meyvə, yaxud tərəvəz olduğuna qərar verilməyən avokado o qədər faydalıdır ki, xalq təbabətində xüsusi yeri var. Ürəyin işini dəstəkləyən yağlarla, bağırsaqlara lazım olan liflərlə, bütün orqanizmin köməyinə çatan antioksidantlarla zəngin olan avokado ilə yalnız böyrək problemi olanlar ehtiyatlı davranmalıdırlar. Onun tərkibində yüksək miqdarda kalium var. 100 qr meyvədə 50 mqr kalium tapmaq mümkündür. Əgər böyrək lazımi səviyyədə işləmirsə artıq kalium sidiklə xaric olmur; bədəndə qalır. Kalium çoxluğu isə ürəyin ritmini poza bilər, hətta ürəyin dayanmasına da gətirib çıxarar.
6. Süd məhsulları. Süd məhsullarının tərkibindəki maddələrin çoxluğu böyrəklərə ziyan verir. Bu məhsullarda kalium, fosfor və zülal çox olur. Hər üçü də böyrəyin süzmə qabiliyyətini aşağı salır. Fosfor birbaşa böyrək daşının əmələ gəlməsində xammal rolundadır. Zülallar isə böyrəyi gərgin rejimdə işləməyə məcbur edir. Mütəxəssislər tövsiyə edir ki, böyrək problemi olanlar badam südü, düyü südü kimi bitki mənşəli məhsullara üstünlük versinlər.
7. Yarımfabrikatlar. Yaxşı olar ki, bütün insanlar bacardıqca az istifadə etsinlər bunlardan. Çünki onların, demək olar ki, heç bir faydası yoxdur. Söhbət sosiskadan, kolbasadan və onların növlərindən gedir. Bu məhsullar qida əlavələri, dadlandırıcılar, rəngləndiricilərlə, həmçinin, duz, istiot və bir çox ədva ilə zəngindir. Kompleks şəkildə bunlar hamısı orqanizmə toksin kimi daxil olur. Onları süzmək normal böyrək toxumasının bacarığı daxilində deyil. Bu toksinlər həmin toxumalarda qalır, gələcəkdə orqanın işini iflic etməyə qadir olur. Alimlərin fikrincə, süzülməyən toksinlər sonradan ürəyin işinə də mane olur; ürəyə qan daşıyan damarlarda təzyiqin artmasına qədər vəziyyəti gərginləşdirə bilir.
Oxu24.com
ŞƏRHLƏR