Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77398
az

İki jurnalist zorla məhkəməyə aparılacaq - Vəkil Aslan İsmayılovun iddiası ilə

09:3025 Noyabr, 2022
958
HÜQUQ
  • A

Tanınmış vəkil Aslan İsmayılov jurnalistlər Taleh Şahsuvarlı və Aygün Muradxanlını məhkəməyə verib.

Oxu24.com xəbər  verir  ki, vəkil  həmin jurnalistləri  təhqir və böhtan atmaqda, şərəf və ləyaqətini alçaltmaqda, işgüzar nüfuzuna böhtan atmaqda ittiham edir.

 Binəqədi rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda iddiaçının Taleh Şahsuvarlıya qarşı şikayətinə ayrıca baxılıb. İddia olunur ki, Şahsuvarlı 2019-cu il sentyabrın 17-də aznews.az saytında və Facebook sosial şəbəkəsində “Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR" başlıqlı yazısında vəkili və ailəsini təhqir edib.

(Taleh Şahsuvarlı)

 

Haqqın.az  saytı  yazır  ki,Şahsuvarlı özü bu iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməyib. Bununla bağlı iddiaçının vəkili Kənan Məmmədov hakimdən jurnalistin zorla məhkəmə binasına gətirilməsini istəyib. Vəkilin vəsatəti təmin edilib və hakim onun icrasını Binəqədi və Bərdə rayon polis idarələrinə həvalə edib.

“Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından sonra artıq iki məhkəmə iclası keçirilib”, - deyə vəkil Kənan Məmmədov Azeri Daily-yə bildirib. “Bununla belə, hüquq-mühafizə orqanları Şahsuvarlının orada olmasını zorla təmin etməyiblər”.

İddiaçının vəkili əlavə edib ki, bu cinayət işi üzrə artıq 35 məhkəmə iclası keçirilib, 3 dəfə ekspertiza təyin edilib. Nəticədə Şahsuvarlının Aslan İsmayılovu təhqir etməsi və böhtan atması ilə bağlı bütün ittihamlar ekspertiza rəyləri ilə öz təsdiqini tapıb.

İsmayılovun iddiası üzrə növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.

Jurnalist  Aygün Muradxanlıya da qarşı məhkəmə işi başlanılıb.O,Youtube kanalında yayımladığı verilişdə Aslan İsmayılovu Rusiya və Ermənistana casusluqda ittiham edib.

Bu işə Sabunçu Rayon Məhkəməsində baxılır, ilk iclas noyabrın 29-na təyin edilib.

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı