Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77381
az

Paşinyan və məmurları müharibəyə görə istintaqa cəlb olundu

21:5924 Noyabr, 2022
87
CƏMİYYƏT
  • A
Ermənistanın bir qrup yüksək vəzifəli şəxsi, o cümlədən baş nazir Nikol Paşinyan 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.
 
“OXU24.COM ” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
 
Komitə istintaqın maraqları naminə konkret kimin dindirildiyini açıqlamayıb. Qurum həmçinin araşdırmanın hansı mərhələdə olduğunu açıqlamayıb.
 
Eyni zamanda İstintaq Komitəsi xatırladıb ki, cinayət işi çərçivəsində şahid statusunda olan baş nazir Nikol Paşinyan da dindirilib.
 
Xatırladaq ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci (Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanıb.
 
Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər və zabitlərin yaxınları Ermənistan Baş Prokurorluğunun binası qarşısında dəfələrlə aksiyalar keçiriblər. Onlar cinayət işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı