Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77360
az

Məhkəmə qərarlarından şikayət verilməsi müddəti nə qədərdir? - HÜQUQİ YARDIM

18:4524 Noyabr, 2022
211
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini təqdim edir.

Bu dəfə təqdim etdiyimiz mövzu məhkəmə qərarlarından şikayət vermə müddəti ilə bağlıdır.

Məkəməyə müraciət edərkən iddia müddətinin ötürülməməsinin vacib olduğu kimi məhkəmə qərarlarından şikayət vermənin müddətinin də ötürülməməsi vacib əhəmiyyət kəsb edir. Hər bir vətəndaşın çıxarılan məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüququ var.

Gəlin baxaq görək qanunvericilikdə çıxarılan məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət verilməsi üçün hansı müddətlər nəzərdə tutulub?

Mülki işlər üzrə icraat zamanı yuxarı instansiya məhkəmələrinə şikayətin verilmə müddətləri

Apellyasiya şikayətinin verilmə müddətləri 

Mülki işlər üzrə icraat zamanı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında apellyasiya məhkəmələrinin mülki kollegiyalarına, Naxçıvan Muxtar Respublikası rayon məhkəmələrinin qətnamələrindən isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən çıxarılan məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsinin mülki işlər üzrə qərardadlarından isə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Kassasiya şikayətlərinin verilmə müddətləri

Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
Cinayət işlər üzrə icraat zamanı yuxarı instansiya məhkəmələrinə şikayətin verilmə müddətləri

Apellyasiya şikayətinin verilmə müddətləri

Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, həmin şəxsə verildiyi andan 20 gün müddətində verilməlidir.

 Kassasiya şikayətlərinin verilmə müddətləri

Kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir:

Apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, həmin şəxsə verildiyi gündən 1 ay müddətində;
Bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından – onların çıxarıldığı gündən 3 ay müddətində;
Daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 ay müddətində;
Məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, həmin şəxsə verildiyi gündən 12 ay müddətində.
Qeyd edilən müddətlərin üzrlü səbəblərdən ötürüldüyü hallarda müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət verilə bilər. 

Hazırladı: Rüxsarə Məmmədova 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Borca görə 15 dostunu  zəhərləyib   ÖLDÜRDÜ