Aleksandr Lukaşenko Azərbaycan-Ermənistan arasında sülhün vacibliyindən danışıb.
OXU24.COM xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti Lukaşenko Ermənistanın paytaxtı İrəvanda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllini istəyir:
"KTMT Azərbaycan və Ermənistan arasında baş verən münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Lakin, bu sülhün imzalanması üçün ilk növbədə Ermənistan hərəkətə keçməlidir”.
KTMT-nin Azərbaycan-Ermənistan münaqişəsinə müdaxiləsində ciddi nüansların olduğuna diqqət çəkən Lukaşenko "İndi yenidən alovlana biləcək bu münaqişəni tamamilə həll edə bilərik. İlk növbədə, əgər Ermənistan administrasiyası bunu istəsə və Azərbaycan tərəfi razı olarsa”, - deyə açıqlamasında bildirib.
Oxu24.com
ŞƏRHLƏR