2022-ci il dünya çempionatında Səudiyyə Ərəbistanına uduzan Argentinanın kapitanı Lionel Messi ilə bağlı qalmaqallı fakt üzə çıxıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Messinin Səudiyyə Ərəbistanı rəsmiləri ilə razılaşması olub.
Argentina-Səudiyyə Ərəbistanı matçından əvvəl edilən razılaşma argentinalıları qəzəbləndirib. Məlumata görə matçdan əvvəl Messi Səudiyyə Ərəbistanı rəhbərliyi ilə “Vision 2030” adı altında sponsorluq müqaviləsi imzalayıb.
Yunanıstan, Misir və Səudiyyə Ərəbistanı ilə birgə 2030-cu il dünya çempionatı üçün turnirin təşkili üçün FİFA-ya rəsmi müraciət olunacaq. Messiyə layihənin siması olmaq üçün 25 milyon funt-sterlinq təklif olunacaq.Hələlik bu məbləğ razılaşdırılmayıb.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR