Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77295
az

6-cı övladını yerə çırpıb öldürmək istəmişdi, arvadı bağışladı

23:4423 Noyabr, 2022
143
SİYASƏT
  • A


Bu ilin aprelində 1 yaşlı oğlunu yerə çırparaq öldürməyə cəhddə ittiham olunan 1992-ci il təvəllüdlü Samir Ağakərimovun məhkəməsi başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 29,120.2.4 və 29,120.2.9-cü (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən S.Ağakərimova hökm oxunub. Ona 11 il 3 ay müddətinə həbs cəzası verilib.

Məhkəmədə bildirilib ki, S.Ağakərimov narkotik vasitə istifadəçisidir, hadisə günü də narkotikin təsiri altında olub və nə elədiyini xatırlamır.

İttihama əsasən, Samir Ağakərimov həyat yoldaşı P.Ağakərimovadan şübhələnərək onu bir neçə dəfə izləyib. Ata hətta azyaşlının onun bioloji övladı olmadığını da düşünüb. Elə bu səbəbdən sonuncu dəfə Yasamal rayonunda yerləşən evdə dava edərkən uşağı ananın qucağından dartıb alaraq yerə çırpıb. Körpə xəstəxanaya çatdırılıb və onun həyatını həkimlər xilas edib.

Həmin gün dava-dalaş zamanı Samir Ağakərimov xanımının əşyalarını küçəyə töküb. S.Ağakərimov məhkəmədə ifadəsində bildirib ki, P.Ağakərimova onun ikinci həyat yoldaşıdır. Və iki arvadından 6 uşağı var. Yerə çırpdığı övladı isə ikinci evliliyindən olan sonuncu uşağı imiş. 

O da məlum olub ki, Samir Ağakərimov internatda böyüyüb, xanımı da valideynlərini itirdiyi üçün onlar bir-birinə uyğun olduqlarını düşünərək evləniblər.

Məhkəmədə zərərçəkmiş körpənin hüquqi varisi qismində çıxış edən uşağı anası P.Ağakərimova həyat yoldaşını bağışladığını deyib, onun həbsdən buraxılmasını istəyib.

Məhkəmə prosesi noyabrın 18-də başa çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin Qazaxıstana səfəri başa çatdı
İlham Əliyevlə Ərdoğanın səmimi dialoqu - VİDEO
Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar