Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77278
az

Bu dəfə qızılbalığın “arzusu reallaşdı” - VİDEO - FOTO

21:1223 Noyabr, 2022
423
DÜNYA
  • A

İngiltərəli balıqçı Endi Hakkett dünyanın ən böyük qızılbalığını tutub.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntüləri o, özünün sosial şəbəkə hesabından paylaşıb.

Bildirilir ki, narıncı rənginə görə "yerkökü" adlandırılan 30 kq-lıq balıq Fransanın Şampan şəhərindəki Blyuoter gölündə tutulub.

"Mən həmişə "yerkökü"nün orada olduğunu bilirdim, amma onu tutacağımı heç düşünməmişdim", - deyə 42 yaşlı balıqçı bildirib.

Kidderminster sakini balığı çəkməyə 25 dəqiqə vaxt sərf edib.

"Mənim atdığım yemi götürüb onunla yan-yana, yuxarı-aşağı getməyə başlayanda bunun böyük bir balıq olduğunu anladım. Sonra o, 30-40 yard məsafə üzdü və mən onun narıncı rəngini sezdim. Onu tutmaq gözəl idi, amma həm də bəxtim gətirdi", - deyə balıqçı bildirib.

O, video və şəkil çəkdirəndən sonra qızılbalığı suya buraxıb. Beləliklə, bu dəfə nağıllardakı kimi insanın deyil, balığın "arzusu reallaşıb".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"
Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK - FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı