Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77266
az

DİQQƏT! Azərbaycanda bunu edənləri 2500 manat cərimə edəcəklər (VİDEO)

19:2423 Noyabr, 2022
434
HÜQUQ
  • A

Bəzən şəhərin mərkəzində, ictimai yerlərdə uca səslə edilən mübahisələr və ya digər səslər insanların narahatlığına səbəb olur.

Amma qanuna əsasən gecə saat 12-dən səhər saat 7dək bu qaydanı pozan fiziki şəxslər 150-250 manat ,hüquqi şəxslər isə 2000-2500 manat cərimə olunur. Bəs maraqlıdır bu qayda hansı ölçü meyarına əsaslanır?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, illərdir qəbul olunmasına baxmayaraq, vətəndaşların əksəriyyətinin bu qanundan xəbəri yoxdur: “Bu yaxınlarda sosial şəbəkələrdə bir video izlədim. Hətta avtomobilin nömrəsi də düşürdü. Ağ avtomobil gecə saat 2 sevdiyi qıza özünü göstərir ya yoldaşından küsüb bilmirsən. Yüksək səslə böyük bir kompleksi  dairə vurur. Adam bir adamı narahat eləmir bəlkə minə yaxın ailənin dincliyini pozur. Bir adam gedib onu şikayət eləmir. Bunun cəzası varda cərimə olunsa- 200 manatı alınsa elə onun maşının qiyməti 200 manatdır”.

Mütəxəssis bildirir ki, bəzən bu cür halları sübut etmək çətin olsa da, mümkünsüz deyil: “Burada ölçü meyarı yoxdur ola bilər insandır ictimai qaydanı pozur telefonunda musiqini qoyur durur blokun ağzında 1-2-ci mərtəbədə artıq səs eşidilir adamlar narahat olur. Bunun gəlib səsin dərəcəsini gəlib ölçməyəcəklər. Sən bu xətanı artıq törədirsən və bunun məsuliyyətini də daşımalısan. Şikayətçi tərəf bu vəziyyətdən əziyyət çəkirsə, telefon vasitəsi ilə video material kimi çəksə bununla bağlı bir tədbir görüləcək”.

“Norma” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev bu cür halların minimum həddə çatdırılması üçün vətəndaşların polisə müraciət etmələrini tövsiyə edir: “Ümumiyyətlə gecə saat 12-dən  səhər saat 7-ə qədər evdə təmir işlərinin aparılması istirahət rejiminin pozulması şənliklərin keçirilməsi  qonşulara narahatlıq verilməsi bu digər insanların hüquqlarının pozulmasıdır. Ona görə də vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər nəticədə də həmin şəxsləri cərimə olunacaq”.

Mütəxəssislər hesab edirlər ki, bəzən cərimələrin artması qanun pozuntusunun qarşısını almaqda heç də səmərəli vasitə olmur. Onların fikrincə, geniş maarifləndirmə işinin aparılması daha effektiv ola bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı