Hindistanın şərqindəki Assam ştatında polis və meşə mühafizəçiləri insanları atəşə tutublar, nəticədə altı nəfər ölüb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Assam və Meqhalaya ştatlarının sərhədində baş verib.
Belə ki, polis qaçaqmal taxta-şalban yüklənmiş yük maşınını saxlayıb. Baş verənləri izləmək üçün toplaşan yerli sakinlər polisi mühasirəyə alıblar. Baş verən çaxnaşma səbəbindən hüquq-mühafizə orqanlarının əməkdaşları camaata atəş açıblar.
Səlahiyyətlilər hadisəni araşdıracaqlar.
Oxu24.com
ŞƏRHLƏR