Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77240
az

Bu hallarda  mediasiyaya müraciət etmək olar - HÜQUQİ YARDIM

14:3323 Noyabr, 2022
104
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu mediasiya ilə bağlıdır.

Mediasiya nədir?

Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı olan prosesdir.

Mediasiyanın tətbiq dairəsinə daxil olan münasibətlər aşağıdakılardır:

mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
ailə münasibətlərindən irəli gələn mübahisələr;
əmək münasibətlərindən irəli gələn mübahisələr;
inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəflər arasında olan mübahisə mediasiya qaydasında həll edilə bilmədikdə onlar məhkəməyə müraciət edə bilərlər.
İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdə isə ilkin mediasiya prosesində iştirak tələb edilmir. Yəni, həmin mübahisələrin həlli üçün ilkin mediasiya həm keçirilə, həm də keçirilməyə bilər. 
Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər.
Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər: 

nikahın davam etdirilməsi şərtləri;
valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
uşağın yaşayış yerinin müəyyən edilməsi;
uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:  

fərdi əmək mübahisələri;
kollektiv əmək mübahisələri.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər.

Lakin inzibati mübahisələr üzrə ilkin mediasiyada prosesində iştirak tələb edilmir. Yəni tərəflər mübahisə ilə bağlı birbaşa inzibati məhkəməyə müraciət edə bilərlər.

Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.
“Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, habelə, ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
 Qeyd: Mediasiya Şurası –  qaynar xətt – (012) 1927

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ ATACMS-i əvəz edəcək yeni raketi sınaqdan keçirib
Anar Bağırovun rəhbərliyi ilə ali təhsil müəssisələrində magistr dissertasiyalarının müdafiəsi keçirilib
Cinayət prosesində yetkinlik yaşına çatmamış şahidin dindirilməsi hansı qaydada olur? - Hüquqi yardım

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM