Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77234
az

Şəhid əsgər Vüqar İsmayılovun doğum gündür

13:5423 Noyabr, 2022
795
QARABAĞ
  • A

 Bu gün qəhrəman şəhidimiz əsgər Vüqar İsmayılovun doğum gündür.


Oxu24.com  xatırladır ki, İsmayılov Vüqar Məhəmməd oğlu 23.11.1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-2015-ci illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə, 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Regionşünaslıq (ABŞ və Kanada) ixtisasında təhsil almışdır.

2020-ci il iyulun 28-i həqiqi hərbi xidmətə çağrılan Vüqar İsmayılov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 04.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

 

Hazırldı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azad edilmiş ərazilərdə daha 332 mina aşkarlandı
Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı AÇIQLAMA
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb