Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77203
az

KTMT sammiti öncəsi ermənilər niyə atəş açır?

23:4822 Noyabr, 2022
90
DÜNYA
  • A

Artıq bir neçə gündür ki, ardıcıl olaraq Ermənistan silahlı qüvvələri sərhəddə, separatçı tör-töküntülərin terrorçuları isə ölkə daxilində Azərbaycan Ordusunun mövqelərinə atəş açırlar.

Noyabrın 21-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini səhər və axşam saatlarında atəşə tutmuşdular, həmin gün axşam Ermənistan silahlı qüvvələri sərhəddə növbəti təxribatını gerçəkləşdirdi. Bu gün isə həm sərhəddə, həm də ölkə daxilində erməni qanunsuz silahlıları növbəti dəfə təxribat törədib.

Milli.Az axar.az-a istinadən bildirir ki, son günlər Ermənistan silahlı qüvvələrinin sərhəddə, qanunsuz silahlıların isə Azərbaycanın daxilində bu cür aktivləşməsini Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko KTMT-nin sammiti ilə əlaqələndirib.

"KTMT-nin sammiti ərəfəsində erməni həbçiləri və qanunsuz hərbi birləşmələr ardıcıl təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Təsadüfdürmü? Düşünmürəm", - o qeyd edib.

Xatırladaq ki, KTMT dövlət başçılarının sammiti sabah İrəvanda keçiriləcək. Sammitdə Rusiya lideri Putin də iştirak edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Britaniya COP-29-la bağlı plan qurduğunu ELAN ETDİ
Nüvə fəlakəti ehtimalı ABŞ-da QORXU YARATDI -Bunkerlər sürətlə tikilir
Durov hansı şərtlərlə azadlığa çıxdı? - 5 milyonluq girov öhdəliyi və...


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Həbsdə olan oğluna psixotrop maddə keçirmək istəyən ana saxlanıldı