Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77012
az

Kremlə və erməni terrorçulara vaxt qoyuldu: Rəsmi Bakı Xankəndi ilə bağlı qərarın icrasına başladı

23:0320 Noyabr, 2022
210
  • A

Həm Rusiya, həm Ermənistan, həm də erməni separatçı-terrorçular öz "gələcək planlar"ını məhz Azərbaycanın qəbul etdiyi dövlət proqramlarına uyğunlaşdırmağa məcburdur... Çünki, rəsmi Bakı Xankəndi və ətraf bölgəni ən uzağı 2025-ci ilə qədər Azərbaycan cəmiyyətinə inteqrasiya etdirmək niyyətini artıq birmənalı şəkildə elan edib...

Rusiya Cənubi Qafqazda sülh prosesinin əngəllənməsi üçün əlindən gələn hər şeyi edir. Ermənistan da son vaxtlar Kremlin direktivləri ilə hərəkət edir. Rəsmi İrəvan yenidən Rusiyanın dəstəyini arxasına alaraq, sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır.

Rusiya və Ermənistanın hədəfi rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı məsələni gələcək nəsillərə buraxmaqdır. Kreml bununla Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərində qalma müddətini mümkün qədər uzatmaqdan ibarətdir. Və Rusiyanın bu hədəfi Ermənistanın maraqlarına tamamilə cavab verir.

Belə anlaşılır ki, Rusiya Azərbaycanın ərazisi olan Xankəndi və ətraf bölgə ilə bağlı öz maraqlarına, həm də təkbaşına qərar vermək niyyətinə düşüb. Halbuki, Kreml Rusiyanın keçmiş dövrlərdən fərqli olaraq, artıq belə bir imkanının və gücünün olmadığı ilə bağlı reallığı ya unudur, ya da hələ də qəbul etmək istəmir. Kreml əvvəl-axır anlamalıdır ki, Xankəndi və ətraf bölgə beynəlxalq hüquq normaları ilə tanınmış Azərbaycan əraziləridir. Bu bölgə ilə bağlı yekun və prinsipial qərarı yalnız rəsmi Bakı verə bilər. Və Rusiyanın bu qərara müqavimət göstərmək şansı yoxdur.

b8c9bdda32b235a012744dc01225f46f.jpg (170 KB)

Rəsmi Bakı isə yekun və prinsipial qərarını artıq verib: "Dağlıq Qarabağ məsələsi" həll edilib, Azərbaycan ərazisində yaşayan erməni etnik azlığına heç bir "status" verilməyəcək. Bu mövzu Azərbaycanın daxili işidir və Rusiya da daxil olmaqla, heç bir ölkə ilə müzakirə edilməyəcək. Rusiya və Ermənistanın sülh prosesini pozmaq cəhdləri isə rəsmi Bakının səbrini tükəndirir.

Prezident İlham Əliyevin erməni milyarder Ruben Vardanyanın Rusiyanın Xankəndi və ətraf bölgəyə göndərdiyi emissar olduğunu açıq mətnlə bəyan etməsi də bu mövzuda Kremlə sərt xəbərdarlıqdır. Rəsmi Bakı Azərbaycanın milli maraqlarına bağlı məsələlərdə Rusiyanın pozuculuq fəaliyyətinə müşahidəçi qalmaq niyyətində deyil. Və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun "Laçın dəhlizi hərbi məqsədlər üçün istifadə edilə bilməz" məzmunlu açıqlaması da onu göstərir ki, rəsmi Bakı Rusiyanın bölgədə erməni separatizmini gücləndirmək cəhdlərindən məlumatlıdır.

Ancaq rəsmi Bakı Rusiya və Ermənistana keçmişə qayıtmaq şansı tanımaq niyyəti yoxdur. Azərbaycanın Xankəndi və ətraf bölgə ilə konkret dövlət proqramları mövcuddur. Hazırda Azərbaycan həmin dövlət proqramlarının icrasına başlamaq üzrədir. Belə ki, rəsmi Bakı 2025-ci ilə qədər Xankəndi və ətraf bölgəyə təbii qaz boru kəməri çəkmək, eləcə də, qazpaylayıcı məntəqə quraşdırmaq planını artıq rəsmən elan edib. Yəni, Rusiyaya, Ermənistana və erməni separatçı-terrorçulara mesaj verilir ki, hər şeyi Azərbaycanın siyasi iradəsi həll edir.

Beləliklə, rəsmi Bakı vaxt təyin edib, həmin müddət ərzində Azərbaycanın dövlət proqramları yerinə yetirilməlidir. Bu qərardan bəzi nəticələr çıxartmaq mümkündür. Xankəndiyə təbii qaz boru kəmərinin çəkilməsi üçün ilk növbədə erməni terrorçu dəstələrinin ən qısa zamanda tərksilah edilməsi qaçılmazdır. Və Rusiya buna əngəl ola bilməyəcək.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Rəsmi Bakının Xankəndi və ətraf bölgəyə boru kəməri çəkməsi Azərbaycan ərazisinə qeyri-qanuni qaz nəqlinin də qarşısını almış olacaq. Azərbaycan əvvəlcə yeni boru kəməri çəkəcək, ardınca ölkə ərazisinə qeyri-qanuni daxil olan xətləri qapadacaq. Azərbaycan ərazisində yalnız yerli enerji sistemi üzrə təbii qazdan istifadə etmək olar. Bunun üçün Xankəndi və ətraf bölgədə yaşayan ermənilər Azərbaycanın rəsmi təbii qaz operatorları ilə müqavilə bağlamalı və ödəniş etməli olacaqlar. Bu isə yalnız Azərbaycan vətəndaşlığını qəbul edib, şəxsiyyət vəsiqəsi alacaqları təqdirdə, mümkün ola bilər.

Təbii ki, rəsmi Bakının bu addımına nə Rusiyanın, nə də hər hansı başqa ölkənin və ya beynəlxalq qurumun etiraz etmək haqqı yoxdur. Rusiyanın oradakı missiyası sülhməramlı fəaliyyət ilə məhdudlaşır. Kreml Azərbaycanın daxili işlərinə qarışmaq hüququna sahib deyil. Azərbaycan öz ərazisində enerji satışını sərbəst şəkildə tənzimləyəcək, ödəniş edən hər kəs bundan faydalana bilərcək. Bununla razılaşmayan ermənilər isə elə indidən başqa ölkələrin ərazilərində özlərinə yeni həyat barədə düşünsələr daha yaxşı olar.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində rus sülhməramlıların, eləcə də, erməni separatçı-terrorçuların mövcudluğuna tezliklə son qoyulacaq. Hər halda, bu proses ən uzağı 2025-ci ilə qədər yekunlaşdırılacaq. Erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan da artıq yaxınlaşan təhlükədən duyuq düşməyə başlayıb. Baş terrorçu öz yaxın ətrafı ilə yaranmış təhlükəli hərbi-siyasi vəziyyəti müzakirə edib. Və erməni separatçı-terrorçuların toplantısında ciddi narahatlıq ifadə olunub.

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Böyük ehtimalla erməni separatçı-terrorçular da anlayırlar ki, rəsmi Bakının hərbi-siyasi iradəsindən Rusiyanın pozuculuq fəaliyyəti ilə yayınmaq mümkün deyil. Kremlin bölgəyə "təxribat ezamiyyəti"nə göndərdiyi Rusiyanın emissarı R.Vardanyan bu məsələdə onlara heç bir kömək edə bilməz. Azərbaycan ordusu hərəkətə gətiriləcəyi təqdirdə, bölgədən ilk qaçıb, canını qurtarmağa çalışan elə Kremlin erməni emissarı olacaq.

Ona görə də, həm Rusiya, həm Ermənistan, həm də erməni separatçı-terrorçular öz "gələcək planlar"ını məhz rəsmi Bakının qəbul etdiyi dövlət proqramlarına uyğunlaşdırmağa məcburdur. Çünki, rəsmi Bakı Xankəndi və ətraf bölgəni ən uzağı 2025-ci ilə qədər Azərbaycan cəmiyyətinə inteqrasiya etdirmək niyyətində ciddidir. Bu proses artıq başlamaq üzrədir.

Böyük ehtimalla yaxın günlərdə hər kəs rəsmi Bakının qətiyyətli addımlarının şahidi olacaq. Çünki, rəsmi Bakı Azərbaycan ərazilərinin gələcək taleyinin Rusiyanın "məkrli maraqlar"ının və ermənilərin "boş xəyallar"ının girovuna çevrilməsinə heç bir halda, imkan verməz. Bu baxımdan, erməni separatçı-terrorçular üçün konkret vaxt müəyyən olunub, onların ətrafında çənbər daraldılıb, daha qətiyyətli addımlar isə ən yaxın günlərdə atılmağa başlayacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO