Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76966
az

Qəyyumların və himayəçilərin hansı hüquqları var?

14:5220 Noyabr, 2022
504
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu qəyyumluqla bağlıdır.

Qəyyumların və himayəçilərin hansı hüquqları var?
 

Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, eləcə də məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət alma- dan müdafiə edirlər. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, onları digər şəxslərin sui-istifadəsindən qoruyurlar.

Himayəçilik necə ləğv olunur?

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı himayəçini öz vəzifələrinin icrasından azad edir. Şəxsin məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, yerli icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir.

Qəyyumluq necə ləğv olunur?

On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu öz vəzifələrinin icrasından azad edir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda məhkəmə onun ailə üzvlərinin, yerli icra hakimiyyəti orqanının, psixiat- riya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir.

Qəyyumluq və himayəçilik üçün ödəniş edilir?

Qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Polisi 106 yaşında
Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib
ABŞ ATACMS-i əvəz edəcək yeni raketi sınaqdan keçirib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar