Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76763
az

Nəqliyyat vasitəsinin üzərində reklam yerləşdirmək  üçün nə etmək lazımdır?

20:5217 Noyabr, 2022
155
REDAKTORUN SEÇİMİ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu maşın üzərində reklamlarla bağlıdır.

Nəqliyyat vasitəsinin üzərində reklam yerləşdirmək istəyirəm. Bunun üçün nə etmək lazımdır?

Qüvvədə olan normativ hüquqi sənədlərin tələbinə uyğun olaraq nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün:

Razılıq almaq üçün ərizə (əlavə 1) Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- Hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati hüquqi forması, hüquqi ünvanı;

- Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təstiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı, iş yeri);

Ərizəyə aşağıdakılar əlavə edilməlidir:

- Müəssisənin təsis sənədlərinin surəti; -

Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi organları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti; - Reklam verənlə bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin sürəti (reklam verən reklam yayan kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur); - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və surəti; - Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi; - Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yaralı olması barədə DYP-nin müayinə aktı; - Reklamın yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı; Eyni zamanda bildiririk ki, 15 may 2015-ci il tarixdə qəbul olunmuş «Reklam haqqında» Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bu səbəbdən atomobillərinizdə (şəkilləri, sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM