Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76707
az

Təhsil Tələbə Krediti Fondunun resurs zərfi 110 milyon manata çatdırılacaq

14:4517 Noyabr, 2022
118
CƏMİYYƏT
  • A

Gələn il Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fonduna 8 milyon manat vəsait ayrılmaqla Fondun dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılacaq.

OXU24.COM  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa məlumata görə, gələn il 150 min nəfərə qədər uşağı əhatə edəcək ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 8 milyon nüsxə pulsuz dərsliklərin şagirdlərə verilməsi, xüsusi təhsillə əhatə olunan 12 min 700 nəfər uşağın təhsil, tibb, sağlamlıq və reabilitasiya müəssisələrinə aparıb-gətirmək üçün valideynlərinə və ya qanuni nümayəndələrinə aylıq müavinətin, 19 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərində işə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə kompensasiyanın və aylıq əlavənin ödənilməsi, həmçinin təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 152 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Növbəti ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı (təqribən 463,4 min nəfər) imtahanların keçirilməsi üçün 15 milyon manat, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə 128 min nəfərdən çox təhsilalanın 258 milyon manat təhsil xərcinin və 120,1 min nəfərin isə 149 milyon manat təqaüd xərcinin maliyyələşdirilməsi üçün cəm olaraq 407 milyon manat vəsait proqnozlaşdırılıb.

2022-ci ilə nisbətən dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayının 12,2 min nəfər, təqaüdalanların sayının isə 9,5 min nəfərdən çox artacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İyuİyunun 30-da keçirilən test imtahanının nəticələri açıqlandı
Qeyri-çimərlik ərazilərdən istifadə edənlərə çağırış -VİDEO
Vüqar Məsimova yüksək vəzifə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar