Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76442
az

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

15:2114 Noyabr, 2022
159
İDMAN
  • A

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Oxu24.com-a verilən məlumata görə, yarışın sonuncu – final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb.

Boksçuların hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələnib.

Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan milli turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığma bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.

Millinin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada futbolçu qətldə şübhəli bilinərək   həbs     edildi
"Qol epizodlarından yararlanmadığım üçün məyusam"- Juninyo
“Fənərbaxça”dan əzmkar qələbə, “Qalatasaray” heç-heçə etdi- Video

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi