Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76435
az

İrandan Azərbaycana 10 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

19:0114 Noyabr, 2022
93
KRİMİNAL
  • A

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu24.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram marixuana, 100 qram tiryək və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli metadon-40 həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı