Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76342
az

Rusiya "Ukrayna tikələri"ni unuda bilmir - Xerson əldən getdi, sırada hansı bölgədir? 

12:1212 Noyabr, 2022
148
ÖZƏL BÖLÜM
  • A

Rusiyanın rəsmən öz ərazisi saydığı Ukrayna ərazisi Xersondan işğalçı qüvvələr, demək olar, çıxıb. Bu ölkənin siyasi-hərbi rəhbərliyi bunu öz ictimaiyyətinə fərqli qiyafədə təqdim etməyə çalışsa da, fakt faktlığında qalır. Bu fakt fevralın 24-də başlayan işğalçılıq müharibəsində Rusiya ordusunun ən böyük fiaskosu sayılmaqla bərabər, Ukrayna vətənpərvərlərinə daha irəli getmək üçün növbəti və çox güclü stimul olacaq. Rusiya üçün bir başağrısı da budur.

“Ukrayna müharibəsində həlledici dövr gəlir”.

Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Müharibənin həlledici dövrü gəlir. Bizə hər ukraynalının yardımı və Uca Tanrının xeyir-duası gərəkdir. Əminəm ki, Ukrayna tam qələbə qazanacaq və bütün işğal olunmuş əraziləri azad edəcək”, - deyə o bildirib.

Öz növbəsində ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal bildirib ki, Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib.

Onun sözlərinə görə, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib. “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək. Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur”, - Pentaqon rəsmisi əlavə edib.

“Ukrayna Silahlı Qüvvələri fevralın 23-dən sonra Rusiya Federasiyasının ələ keçirdiyi əraziləri bu ilin sonunadək, 2023-cü ilin yayına qədər isə Krımı azad edəcək”.

Bu sensasion proqnozu isə ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces bildirib.

O əlavə edib ki, ukraynalılar Dneprin sağ sahilində bütün rusları məhv edənə qədər Xerson və onun ətrafında döyüşlər bir neçə həftə davam edəcək.

Bu, real ola bilərmi? Qeyd edək ki, bu qəbildən proqnozları vaxtaşırı eşidirik. Eyni zamanda, Qərbdə Rusiya və Ukrayna arasında danışıqların vacibliyi barədə ara-sıra bəyanatlar da səslənir. Ancaq Rusiya ilə bu danışıqlar nə verəcək ki? 2-ci Dünya müharibəsinin qızğın çağında ərazisinin mühüm bir hissəsi işğal edilən SSRİ faşist Almaniyası ilə ən yüksək səviyyədə danışıq aparmışdı ki?

İndi də Ukrayna Xerson vilayətini tam geri almaq üçün həlledici döyüşə hazırlaşır, Rusiya isə Xerson da daxil, Ukraynanın 4 bölgəsini “konstitusion” qaydada özünə “birləşdirib”, artıq Rusiya Federasiya Şurasının binasında təzə federasiya subyektləri kimi bu 4 vilayətin bayraqları da qoyulub. Ancaq gerçək belədir ki, Rusiya Ukrayna “tikələrini” uda, həzm edə bilmir.

Tərtəri heç siz də sevmədiniz... - Kənan RÖVŞƏNOĞLU - Azinforum.az  İnformasiya Portalı

Kənan Rövşənoğlu: “Ortada hansısa gizli danışıq və razılaşma var”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu burada taktiki gedişin ola biləcəyini ehtimal edir: “Rusların Xerson şəhərinin sağ sahil hissəsindən (adətən çay sahilində olan şəhərlər iki hissədən ibarət olur) çıxması məğlubiyyətdir. Hətta sonradan hücum olacaqsa belə, indiki halda bu hadisə Rusiya qüvvələri üçün məğlubiyyətdir. Çünki Rusiya martdan bu şəhəri ələ keçirib, payızda isə rəsmən öz ərazilərinə qatıb. Ancaq hazırda bu çəkilmənin əsl səbəbini bilmirik.

Bir ehtimal budur ki, hazırda Rusiya və ABŞ arasında gizli danışıqlar gedir və bu çəkilmə danışıqların bir hissəsidir. Ruslar müəyyən ərazilərdən çəkilməklə masaya oturmağa razılaşıblar. İkinci, daha az ehtimal olunan versiya budur ki, Rusiya qüvvələri geri çəkilib yeni hücum üçün əlverişli şərait qazanmaq istəyirlər. Tarixdə bu cür hadisələr olub. Rusiya ordusu Napoleon qarşısında Moskvanı təhvil vermişdi. Amma yuxarıda dediyim kimi, rusların Xersondan çəkilməsi məğlubiyyətdir. O deməkdir ki, Rusiya ötən 8 ay ərzində müdafiə yarada bilməyib. İndi mümkün hücum qarşısında çəkilir. Mənim düşüncəmə görə, ortada hansısa gizli danışıq və razılaşma var. Çünki hələlik Ukraynanın Xersonda çox güclü təzyiqi yox idi. Amma Dneprin sol sahilinə çəkilmə o deməkdir ki, Rusiya artıq cənubda hücum planlarından imtina edir.

Rusiya rəhbərliyinin taleyinə gəlincə, bununla bağlı yəqin ki, Rusiya elitası qərar verməli olacaq. Mümkündür ki, vəziyyətdən çıxmaq üçün razılaşdırılmış çevriliş və hakimiyyət dəyişikliyi olsun. Çünki Putinin qalması Rusiyanın Qərblə danışıqlarda əlini istənilən halda zəiflədəcək. Müharibənin yükünə gəlincə, bu yük hər iki tərəf üçün ağırdır. Xammal satan Rusiya ilə yanaşı, istehsalçı Qərb-Avropa da ciddi zərər gördü. Üstəlik, Ukrayna müharibəsinin təminatı - silah və maddi olaraq - Qərb ölkələri üçün yükdür. Bu səbəbdən də müharibənin hansısa formada dayandırılması danışıqları inandırıcıdır. Ancaq Rusiyanın bütün Ukraynadan - Krımdan çıxması inandırıcı görünmür. Çünki cəbhədə ruslar çox ağır bir məğlubiyyət - hansı ki, ordunun təşvişə düşüb qaçmasına səbəb olsun - yaşamayıb. Vaxt baxımından da çox böyük zaman deyil. Ordu yorulub dağılsın. Hələlik çağırış qüvvələri tam olaraq cəbhəyə göndərilməyib. Yəni indiki halda tam məğlubiyyətdən danışmaq tez olar. Bunun üçün dediyim kimi, cəbhədə çox ağır məğlubiyyət və ordunun sarsılmasına səbəb olan döyüş baş verməlidir. Hələlik belə döyüş olmayıb. Ona görə də indiki halda Krımın verilməsi ehtimalı zəifdir. Ancaq hansısa danışıqların getməsi barədə xəbərlər gəlir və bu son geri çəkilmənin bu danışıqların nəticəsi olması ehtimalı yüksəkdir".

II Vətən Müharibəsində əldə olunmuş uğurların təməli və...

Alp Arslan İmamqulu: “Tarix olmağa məhkum Rusiya görünməkdədir”

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi  Alp Arslan İmamqulu Kremlin planlarının puç olduğunu söylədi: “Rusiya Ukraynada çıxılmaz vəziyyətdədir. Hibrid müharibə oyunlarına bu dəfə özü düşüb. 2014-cü ildə Krımı rahatlıqla işğal edən Rusiya növbəti səfər daha genişmiqyaslı oynamağa çalışdı. Çünki bu səfər Ukraynanın işğalının tamamlanması halında Rusiya müttəfiqləri ilə bütün dünyaya meydan oxuyaraq yeni dönəmin başladığını elan etmiş olacaqdı. Amma görünən odur ki, bu mümkün olmadı. İndi işğal etdiyi ərazilərdən çəkilən və parçalanaraq tarix olmağa məhkum Rusiya görünməkdədir”.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli: “Münaqişənin sülh yolu ilə yekunlaşması iki tərəfin nələrisə güzəşt etməyə hazır olmasına bağlıdır”

AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi şərhçi Kamran Məmmədli bu mövzunu editor.az-a şərh edib. Onun sözlərinə görə, Rusiyanın Xersondan geri çəkilməsi rus ordusunun hərbi nüfuzuna növbəti zərbədir: “Bildiyiniz kimi, Rusiya ordusunun bu formada ”taktiki" geri çəkilmələri ilk belə hal deyil. Daha öncə aprel ayında Rusiya Kiyev və Çerniqov vilayətlərindən geri çəkilməsini sülh danışıqlarını stimullaşdırmaq üçün “xoşməramlı jest” kimi izah etmişdi. Ancaq son olaraq Xarkov vilayətindən və indi də Xersondan çəkilməsini artıq Rusiyanın bu müharibədə çıxılmaz vəziyyətdə olmasının göstəricisi kimi qiymətləndirirəm. Bəzi rus yönümlü ekspertlər bunun Rusiyanın dialoq masasına qayıtması üçün siyasi addım olduğunu düşünsələr də, mən bu fikirlə razı deyiləm".

K.Məmmədlinin fikrincə, Rusiya dialoqa bu əraziləri əlində saxlamaq şərti ilə getmək istəyir: “Dialoq və danışıqlar masasında nəyəsə nail olmaq üçün mütləq tərəflərin hər biri nəyisə güzəştə getməlidir. Bu səbəbdən Rusiya artıq öz ərazisi kimi elan etmiş olduğu Xersondan vaz keçmək istəsəydi belə, bunu hərbi döyüşlə yox, masada ”xoşməramlı jest" kimi etməsi daha məntiqli olardı. İndiki durumda əgər dialoqa baş vurularsa, Rusiya artıq başqa əraziləri də qurban verməyə məcbur qalacaq ki, bu da Putinin sarsılmış nüfuzuna daha bir ciddi zərbə vuracaq. Eyni zamanda, hərbi yolla Ukraynanın üstünlüyü ələ keçirməsi və günü-gündən yeni əraziləri işğaldan azad etməsi Zelenski hakimiyyətini daha stimullaşdırmaqdadır.

Müharibənin indiki gedişatında düşünmürəm ki, Ukrayna danışıqlar masasına razı olsun. Çünki müvəqqəti atəşkəs olarsa, bunun Rusiyanın lehinə olması ehtimalı daha yüksəkdir. Əgər danışıqlarda uğur əldə olunmazsa, Rusiya ən azından bu arada imkan tapıb İrandan daha çox silah tədarükünü artıracaq və səfərbər olan əsgərlərini də tam təchiz etmiş olacaq. Müharibədə əldə olunan qısa fasilə yorğun rus hərbiçilərinə yeni nəfəs verəcək. Bütün bunları nəzərə alaraq indiki məqamda düşünmürəm ki, Zelenski uğur əldə etdiyi vaxtda danışıqlar masasına razı olsun. Fikrimcə, bu münaqişənin sülh yolu ilə yekunlaşması, mütləq iki tərəfin nələrisə güzəşt etməyə hazır olmasına bağlıdır. Əks halda bu müharibənin yaxın zamanda yekunlaşacağını gözləmək sadəlövhlük olar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı”- Hakim qarşısında