SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün "Qum Məişət (Qİİ)", "ALKO", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", "F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz" İstehsalat Birliyindən Day.Az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşviq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu24.com
ŞƏRHLƏR