Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76223
az

İskəndər həbsxana yoldaşına toyuqda narkotik apardığı üçün də tutulubmuş

18:1810 Noyabr, 2022
96
CƏMİYYƏT
  • A

Dünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur. İ.Mehdiyevin daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olması bildirilsə də, onun konkret hansı əməllərə görə həbsə düşməsi açıqlanmayıb.

OXU24.COM  "qafqazinfo"ya istinadən xəbər verir ki, Rəşad Dağlının qətlə yetirdiyi şəxs ilk dəfə quldurluq əməlinə görə həbsxanaya düşüb. Belə ki, təxminin 20 il əvvəl İ.Mehdiyev Bakı şəhəri ərazisində bir qrup şəxslə birgə quldurluq cinayətinə görə tutulub və məhkum edilib.

O, cəzasını çəkdikdən sonra növbəti dəfə 2011-ci ildə həbsxana yoldaşı olmuş şəxsə doğranmış toyuq ətinin içində narkotik maddə keçirərkən tutulub. Belə ki, həmin vaxt Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dostu, quldurluq əməlinə görə 10 il cəza almış Rövşən Ağayevin görüşünə gəlmiş İskəndərin sovqatına baxış keçirilərkən o tutulub. Toyuq ətinin içindən 3,251 qram heroin aşkar edilərək götürülüb.

Bu əmələ görə növbəti dəfə məhkum edilən İ.Mehdiyev azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və əməlində cinayət residivi olduğundan daha uzunmüddətli həbsə məhkum edilib. İskəndər Mehdiyev son olaraq Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi həbsdə olub.


Qardaşı İ.Mehdiyevin bu ilin 26 oktyabr tarixində azadlığa çıxdığını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı