Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76004
az

ABŞ-a böyük ŞOK! Putinin ən yaxın adamı ETİRAF ETDİ - Moskva öz üsulları ilə...

23:4807 Noyabr, 2022
200
ÖZƏL BÖLÜM
  • A

Rusiyalı iş adamı Yevgeni Priqojin ABŞ və Rusiya arasında gərginliyi artıracaq açıqlama verib.

Musavat.com “Washington Post”a istinadən xəbər verir ki, son zamanlar rus komandirləri tənqid etməklə diqqət çəkən Priqojin "VKontakte"da verdiyi açıqlamada Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyini etiraf edib.

"ABŞ seçkilərinə müdaxilə etdik və etməyə də davam edəcəyik. Bunu diqqətlə və öz üsullarımızla edəcəyik” - iş adamı deyib.

Priqojinin bəyanatı aralıq seçkilər ərəfəsində ABŞ-da şok effekti yaradıb. ABŞ mətbuatında bu yaxınlarda dərc olunan məqalədə iddia edilib ki, Priqojin müharibənin gedişatına görə Kremlə təzyiq göstərməyə çalışıb.

Rusiyalı iş adamının bu açıqlamasının arxasında nəyin dayandığı həm ABŞ, həm də Rusiyada maraq doğurur.

WhatsApp Image 2022-11-07 at 20.52.44.jpeg (54 KB)

Musavat.com olaraq qeyd edək ki, Yevgeni Priqojin "Putinin aşbazı" ləqəbi ilə tanınır. Milyarder iş adamı qaynar bölgələrdə əməliyyatlar keçirən və təxribatla məşğul olan “Vaqner” özəl hərbi birləşməsinin yaradıcısı və sahibidir.

Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan olan biznesmen Putini 1990-cı illərdən, bələdiyyə idarəsində işlədiyi vaxtlardan tanıyır.

Priqojinin adı 2010-cu illərə qədər Qərb mediasında "troll fabriki" dezinformasiya bölməsi tərəfindən tez-tez xatırlanırdı.

ABŞ-ın xüsusi müşaviri Robert Mueller tərəfindən aparılan araşdırmaya görə, “troll fabriki” Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə cəhdinin bir hissəsidir. Həmin vaxt Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası günlərlə müzakirə edilsə də, Moskva bu iddiaları təkzib etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü