Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75922
az

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR- Hər il... - VİDEO

20:3406 Noyabr, 2022
804
REDAKTORUN SEÇİMİ
  • A

''Azərbaycan ərazilərini işğaldan azad edərək regionda geosiyasi mənzərəni dəyişdirib''.

Oxu24.com  Xezer TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spiker Sahibə Qafarova deyib.

Parlamentin sədri sülh sazişi ilə bağlı Ermənistana çağırış edib.

İclasda İranın yürütdüyü anti-Azərbaycan siyasəti kəskin tənqid edilib.

Millət vəkili Qənirə Paşayeva İranın addımlarının qonşuluq münasibətlərinə sığmadığını, Elman Nəsirov isə rəsmi Tehranın ölkəmizə qarşı nankorluq etdiyini vurğulayıb.

"Təhsil haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputatlar bir sıra məsələlərə diqqət çəkiblər.

"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər isə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada indeksasiya edilərək artırılacaq. Bundan əlavə plenar iclasda Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib.

Sənəddə qeyd edilib ki, Azərbaycan Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinə yol verməmək üçün bundan sonra da bütün tədbirləri görəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər