Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75883
az

Peyğəmbərimizin 7 müalicə üsulu sizi heyrətə salacaq

21:1105 Noyabr, 2022
802
TİBB
  • A

Bir çox xəstəlikdən və viruslardan qoruyan bitki - Ud hindinin bilmədiyimiz faydaları
Koronavirus pandemiyası dövründə orqanizmin müqavimətini artıran, immuniteti gücləndirən məhsullara maraq daha da artıb. Bu mənada bitkilər, ədviyyatlar da ön sırada gəlir. Belə məhsullardan biri də ud hindidir. Ud hindi ən güclü təbii immunitet gücləndiricilərdən biri hesab olunur. Ona ən güclü antibiotik də deyilir. 

Oxu24.com  Türkiyə mətbuatına istinadən bu bitkinin faydaları haqda fikirləri təqdim edir.

İmmunitet sistemini gücləndirən şəfalı qidalar arasında yer alan ud hindi müntəzəm və düzgün istifadə olunarsa, tənəffüs yolu problemlərindən xərçəngə qədər bir çox xəstəliyin müalicəsində təsirli sayılır.

İmmuniteti gücləndirdiyindən və xəstəliklərə qarşı müqaviməti artırdığından, koronavirusa qarşı da qoruyucu təsirinin olduğu deyilir. Bu gün ən çox qəbul olunan məhsullardan birinə çevrilib.

Asiya mənşəli olan bu bitki oduncaqlı bir quruluşa sahibdir. Ud hindi kosmetika sənayesindən tutmuş bir sıra sahələrdə müxtəlif məqsədlərlə istifadə edilir. Ən çox yağ və toz halında tətbiq olunur. Ud hindi yağı da tozu kimi faydalıdır.

Ud hindi ən güclü antibiotik, antiseptikdir. Bədəndə olan iltihabı və infeksiyaları aradan qaldırmağa kömək edir. Dəridə yanıq, kəsik kimi zədələr, həşərat sancmaları, ekzema kimi dəri xəstəliklərinin müalicəsində müsbət təsir edir.

Boğaz ağrısı üçün faydalıdır. Antioksidant mənbəyi olduğu üçün bədəni toksinlərdən təmizləyərək xərçəng hüceyrələri ilə mübarizə aparır.

Qanı təmizləməklə ürək-damar sağlamlığını da qoruyur. Mədə ağrısı üçün faydalıdır. Öd və böyrək daşlarını əridir.

Qrip və soyuqlama kimi mövsümi xəstəliklərdə müalicə müddətini sürətləndirir.

Burun tıkanıqlığına faydalıdır və tənəffüs yollarını açır. Stresi azaldır və yorğunluğu aradan qaldırır. 

Ən başlıcası, immunitet sistemini gücləndirən və bədən enerjisini artıran ud hindidən viruslara qarşı bu şəkildə istifadə etmək tövsiyə olunur:

Səhərlər 1 çay qaşığı ud hindi tozunu bala və ya bəhməzə, ya da ilıq suya qatıb boş mədəyə qəbul etmək olar.

Gündə 1 və ya 2 desert qaşığı qəbul edilə bilər. Mütəxəssislər bildirir ki, bu kimi məhsulların dərman kimi qəbul olunduğunu, artıq miqdarın ziyan verə biləcəyini də unutmaq olmaz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı